Səudiyyə Ərəbistan Bağdada səfir göndərir


Səudiyyə Ərəbistan son 22 ildə ilk dəfə olaraq Bağdada öz səfirini göndərir.

Bu barədə Səudiyyə Ərəbistanın xarici işlər nazirliyi məlumat yayıb.

Səudiyyə Ərəbistanın səfiri 1990-cı ildə İraqdan geri çağrılmışdı. O zaman ölkəyə Saddam Huseyn başçılıq edirdi.

Hazırki qərar isə iki ölkə arasında həm də diplomatik əlaqələrin tam bərpası deməkdir.