Abxaz separatçılarının liderinə sui-qəsd olub

Suxumi yaxınlığında Abxaz separatçılarının lideri Aleksandr Ankvaba sui-qəsd olub.

Ankvabın xəsarət almadığı, onun mühafizəsini həyata keçirənlər arasında isə ölən və yaralananların olduğu bildirlir.

Separatçıların liderinin sözçüsü Kristian Bjaniya:

“Hücum edənlər əvvəlcə qumbaraatandan atəş açıblar, sonra isə pulemyotlardan. Təhlükəsizlik qüvvələri də cavab atəşi açıblar. Eskort dayanmalı olub. Dövlət cangüdən xidmətinin 3 zabiti yaralanıb, təəssüf ki, bir zabit də həlak olub”

Hücum edənlərin kimliyi hələ bilinmir.