Hökumət qüvvələri şəhəri terrorçulardan geri alıb

Somalinin baş naziri Abdiweli Mohamed Ali bildirib ki, hökumət qüvvələri strateji əhəmiyyətə malik Baidoa şəhərini yaraqlılardan geri alıb.

Şəhərə “Əl-Şəhab” terror təşkilatı nəzarət edirdi. Bu, “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəli olan qrupdur.

Şəhər paytaxt Moqadişudan 250 kilomet aralıda yerləşir.

Bu, ölkənin cənubu və mərkəzində böyük ərazilərə nəzarət edən “Əl-Şəhab”a böyük zərbə sayıla bilər.