Obama Quranın yandırılmasına görə üzr istəyib

Əfqanıstan prezidentinin ofisi bildirib ki, ABŞ prezidenti Barak Obama Kabilə məktub göndərərək, NATO bazasında Quranın yandırılmasına görə üzr istəyib.

Obamanın məktubunda deyilir ki, bu hərəkət bilərəkdən olmayıb və istintaq aparılacaq.