«İstənilən ölkə üçün ən yaxşı siyasət mehriban qonşuluq siyasətidir».
Bunu Moskvada Azərbaycan və Ermənistan ziyalılarının görüşünü şərh edən Xarici İşlər naziri Elmar Məmmədyarov deyib:
«Belə görüşlər nə qədər çox keçirilərsə, regionda sülhə bir o qədər də tez nail olmaq mümkündür».
E.Məmmədyarov bildirib ki, Dağlıq Qarabağ ətrafında danışıqlar davam edir. ATƏT-in Minsk Qrupunun həmsədrləri martın ikinci həftəsində növbəti addımları müzakirə etmək üçün regiona gələcəklər:
«Biz regionda sülhün və sabitliyin tezliklə bərpa olunacağına inanırıq».
Fevralın 22-də Moskvada Azərbaycan və Ermənistan ziyalılarının görüşü keçirilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması məsələləri müzakirə olunub. /Trend/