Neftin qiyməti son 9 ayın ən yuxarı həddinə qalxıb


Fevralın 24-də New York birjasında neftin bareli 108 dollara çatıb. Bu da son 9 ayda ən yuxarı qiymətdir.

Qərb ölkələrinin İrandan neft alınmasına qoyduğu qadağanın qüvvəyə minməsi ərəfəsində və İranın nüvə proqramına görə Yaxın Şərqdə gərginliyin artması dövründə neftin də qiymətləri artır.