Avropa Birliyi yaxın günlərdə Suriyanın yeddi nazirinə qarşı sanksiyalar təsdiq etməlidir. Gələn həftənin bazar ertəsi təsdiqlənməsi gözlənən sanksiyalarda, Səhiyyə, Təhsil, Sənaye, Neft, Təbii Sərvətlər, Nəqliyyat nazirlərinin səfərlərinə qadağa qoyulacağını, onların Qərb banklarındakı sərvətlərinin dondurulması planlaşdırılır. Sanksiyalarda həmçinin Suriyanın Mərkəzi Bankı, Hava yolu ilə yük daşınmaları, qızıl, brilyant satışları da nəzərdə tutulur.
Hüquq müdafiəçilərinin məlumatına görə, dünən Suriyada hökumət qoşunları ilə müxalifətçilər arasında baş verən qarşıdurmalarda 47 nəfər həlak olub.
Artıq bir ildir Suriyada prezident Bashar Assadin istefası tələbi ilə aksiyalar davam edir. BMT-nin məlumatına görə, toqquşmalarda 6 minə yaxın insan həlak olub.