Kofi Annan Suriya üzrə nümayəndə təyin edildi


BMT-nin keçmiş Baş katibi Kofi Annan Ərəb Liqası ölkələri və BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi təyin edilib. Bu barədə BMT-nin indiki Baş katibi Ban Ki-moon və Ərəb Liqasının rəhbəri Nabil Elaraby məlumat verib.

BMT-nin məlumatında deyilir ki, Annandan Suriyada zorakılığa və insan haqları pozuntularına son qoyan qərarlar gözləyirlər.