Ömürlük məhbus intihar edib

Qobustan həbsxanasında intihar hadisəsi baş verib.

Qaradağ rayon Prokurorluğundan «APA»ya bildiriblər ki, 1959-cu il təvəllüdlü Emin Qədirov özünü kamerada asaraq intihar edib. O, qəsdən adam öldürmədə təqsirləndirilərək, ömürlük azadlıqdan məhrum edilmişdi.

Araşdırma aparılır.