Yəməndə törədilmiş partlayışda 20-dən çox adam ölüb

Yəmənin Hadramut şəhərində, prezident sarayının ətrafında törədilmiş partlayışda 20-dən çox adam ölüb.

Kompleksin yanında dayanmış maşına partlayıcı qurğu qoyulubmuş.

Partlayış yeni Yəmən prezidenti Abed Rabo Mansur Hadinin and içdiyi gün törədilib.

Bunadək vitse-prezident olan Hadi 33 il idi ki, ölkəni idarə edən Ali Abdulla Salehi əvəz edib.

Ölkəni iki illlik keçid dövründə Hadi idarə edəcək.