Gənclərin Hüquqlarını Müdafiə Komitəsi mitinqə hazırlaşır [VIDEO]

Sizin brauzer HTML5-i dəstəkləmir

Gənclərin müsiqili, rəngbərəng mitinqi

Komitə fevralın 13-də Bakı şəhər İcra Hakimiyyətinə mitinqə yer ayrılması üçün müraciət edib. Hələlik onların müraciəti cavablandırılmayıb.

Fevralın 25-də komitə üzvləri mitinqə hazırlıq məsələlərini müzakirə ediblər. Bildiriblər ki, İcra Hakimiyyəti harada yer versə, orada martın 4-də mitinq keçirməyə hazırdırlar. Mitinqə icazə verilməyəcəyi təqdirdə onların başqa planları var. Ancaq bunu hələlik açıqlamırlar.

Gənclər mitinqdə təhsildə korrupsiya, siyasi məhbuslar və Qarabağ münaqişəsinin həllinin yubadılmasına etirazlarını bildirməyi düşünürlər.

Gənclərin Hüquqlarını Müdafiə Komitəsi 2011-ci ilin yanvarında yaradılıb. Komitəyə bəzi siyasi partiyalar və müstəqil gənclər təşkilatları daxildir.