BMT Suriya ilə bağlı iclas keçirir

BMT-nin İnsan haqları üzrə şurası Suriya hökumətinə müraciət etmək niyyətindədir. Müraciətdə Suriyanı dinc əhaliyə qarşı silah tətbiq etməyi dayandırmağa və Homs və ölkənin digər rayonlarına humanitar yardımların maneəsiz çatdırılmasını təmin etməyə çağıracaqlar.

Şuranın bu gün Suriya ilə bağlı növbədənkənar iclası da keçiriləcək. İclasda səsverməyə çıxarılacaq qətnamədə bildirilir ki, Suriya hökumətinin ölkədə insan haqlarını sistematik olaraq pozması ölkədə humanitar vəziyyəti daha da pisləşdirib.