Venesuela Suriyaya neft göndərdiyini təsdiqləyib

Venesuelanın neft naziri ötən il Suriyaya iki tanker neft göndərdiklərini təsdiqləyib.

O bildirib ki, “əgər” lazım olarsa” yenə göndərəcəklər.

Amerika və Avropa Birliyi dinc əhaliyə qarşı zorakılığı əsas gətirərək Suriyaya qarşı sanksiyaları sərtləşdirdikləri bir vaxtda anti-Qərb mövqeli Venesuela Suriya hökumətini dəstəklədiyini bildirir.

Venesuela prezidenti Uqo Çaves Suriya prezidenti Bashar Assad-ın “müstəmləkəçi qüvvələr”lə üz-üzə qaldığını deyir.

Assad rejimi aylardır ki davam edən üsyanı yatırtmaq üçün ordunun gücündən istifadə edir, indiyəcən təxminən 7 mindən çox üsyançı öldürülüb.