Kommunist Partiyası islahatlar vəd edir

Vyetnam Kommunist Partiyası ölkədə islahatlar aparmağı vəd edir.

Fevralın 28-də Kommunist Partiyası Mərkəzi Komitəsi başda olmaqla təqribən 1000 nümayəndə bu həftə Hanoyda 3 günlük toplantı keçirir.

Gündəmdəki məsələlər “korrupsiya ilə mübarizə, cəmiyyətdə bərabərsizliyin artması, zənginlərin çoxalması, ideoloji sahədə geriləmə”dır. KP-nin lideri Nguyen Phu Trong toplantının açılış günü deyib ki, “bu məsələlər cəmiyyətdə böyük narahatlıq doğurur və partiya üçün çox ciddi təhlükədir”.

Bu haqda rəsmi "Nhan Dan" qəzeti xəbər verir.