Rus ieromonaxı intim əlaqənin qadağan edilmədiyini deyir
Böyük Pəhriz zamanı cinsi əlaqədən qaçmağa ehtiyac yoxdur. Rusiya Pravoslav Kilsəsinin nümayəndəsinin bu açıqlaması ölkənin dini sferalarında ciddi müzakirələrə səbəb olub.
Kilsənin gənclərlə iş üzrə təmsilçisi, ieromonax Dmitriy Perşin bildirib ki, kilsə Pasxadan qabaq tutulan oruc zamanı ər və arvad arasında intim əlaqəni inkar etmir.
Çünki seksdən uzaq durmaq çox vaxt tərəfləri xəyanətə sürükləyir. O, öz fikirlərini təsdiqləmək üçün müqəddəs apostol Paveldən də sitat gətirib:
“Bir-birinizdən uzaqlaşmayın ki, şeytan sizi yolunuzdan azdırmasın”.
İeromonax onu da deyib ki, pəhriz zamanı mayalanan uşağın xəstə doğulacağı haqda deyilənlər həqiqətə uyğun deyil.
İNTİM MÜNASİBƏTLƏR - OLMAZ
Lakin Rusiyanın bəzi dini liderləri bu fikrə etiraz ediblər. Sankt-Peterburq mitropoliyasının katibi Mstislav Ata deyib ki, kilsənin bu məsələ ilə bağlı qəti göstərişi var:
“Böyük Pəhriz vaxtında nədən çəkinmək lazımdırsa, konkret bilinir. Ər-arvad münasibətləri də bura daxildir. Yalnız pəhrizdən qabaq evlənənlərə bir neçə dəfə bu qaydanı pozmaq icazə verilə bilər. İncildə yazılıb ki, hətta torpağı da arada dincəltmək, becərməmək lazımdır, o ki ola insanı”.
40 GÜN SEKSDƏN UZAQ DURMAQ OLAR
Seksoloq Neonilla Samuxin isə deyib ki, 40 gün seksdən uzaq durmağın fizioloji baxımdan xüsusi bir problemi yoxdur və təbiət bunun üçün insan orqanizmində tənzimləmə mexanizmi yaradıb:
“Yalnız emosional baxımdan rahatsızlıq yarana bilər ki, bu da həll olunan məsələdir. Axı orucluq vaxtı inanclı insan xüsusi vəziyyətdə olur, bu cür situasiyalardan çıxa bilər”.
VATİKAN DA BU SAHƏDƏ BƏLƏDÇİ NƏŞR EDİB
Rusiya KİV-ləri bu cür çıxışın səbəbini kilsənin gəncləri maraqlandırmaq istəyi ilə əlaqələndirirlər. Bundan əvvəl Vatikan rəsmiləri seksdən istifadə edərək kilsəyə marağı artıra bilmişdilər. 2005-ci ildə Vatikan tərəfindən ilk dəfə olaraq “Bunu etməmək günahdır” adlı seks üzrə bələdçi nəşr olunmuşdu. Kilsənin bu inqilabi nəşri Roma Papasının özü tərəfindən xeyir-dua almışdı. Kitabda kardinal və yepiskoplar hər kəsi mümkün qədər çox intim əlaqəyə girməyə çağırırdılar. “Seks - Allah tərəfindən yaradılıb. Onun hesabına biz sevgimizi ötürə bilirik. Seksual yaxınlığı yalnız Ata, Oğul və müqəddəs Ruh arasındakı məhəbbətlə müqayisə etmək olar...” kimi fikirlər yer alan b kitab çox populyar olmuşdu”.
Böyük Pəhriz zamanı xristianlar 40 gün müddətində bəzi təamlardan imtina edir, xeyirxah işlərin sayını artırırlar. Bu zaman heç bir heyvan əti qəbul olunmur, inanclı insanlar özlərini balıq yeməklərindən, əyləncələrdən məhrum edirlər.