ABŞ-da qasırğa azı 10 nəfərin həyatına son qoyub

ABŞ-ın mərkəzi ştatlarında qasırğa ən azı 10 nəfərin ölümünə səbəb olub. Yarananlar var.

İllinoys ştatının Harrisburq şəhərciyində təbii fəlakət azı 6 nəfərin həyatına son qoyub. Burada onlarla ev dağılıb. Missuri ştatında isə 4 nəfər həlak olub.

Ötən il ABŞ-da qasırğalar nəticəsində 550 nəfər ölmüşdü.