Bakıda sərbəst toplaşma azadlığı ilə bağlı flashmob keçirilib [VİDEO]

Sizin brauzer HTML5-i dəstəkləmir

Toplaşma Azadlığı ilə bağlı flashmob

Martın 1-də Gənclərin Hüquqlarını Müdafiə Komitəsi Axundov bağında flashmob keçirib.

Onların tələbi sərbəst toplaşma azadlığının təmin edilməsi olub. Flashmobda gənclər əllərində «Toplaşma azadlığımızı təmin edin!», «Ensure our freedom of assembly» sözləri yazılmış kağızlar tutub.

Gənclər bildiriblər ki, onlar mitinq keçirmək üçün fevral ayının 13-də Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər. İcra hakimiyyətindən gənclərə cavab verilməyib. Komitənin üzvlərinin sözlərinə görə, BŞİH onların müraciətinə martın 1-də cavab veriləcəyini bildirib.

GHMK-nin müraciətində bildirilib ki, gənclər martın 4-də «Siyasi məhbuslara azadlıq», «Rüşvətsiz təhsil» və «Qarabağ» tələbləri ilə Füzuli meydanında, Nərimanov və Təbriz kinotetrlarının qarşısında 1500 nəfər gəncin mitinq keçirmək istəyir.

GHMK-nın İdarə Heyətinin üzvü Rəşad Həsənov deyib ki, BŞİH gənclərin müraciətinə təyin olunmuş vaxta 3 gün qalmış cavab verməli olduğu halda, dəfələrlə əlaqə saxlasalar da, rəsmilər cavab verməkdən yayınıb.