İki jurnalist Homsdan çıxarılaraq Livana gətirilib

Suriyadakı iki Qərb jurnalisti Homs şəhərindən çıxarılaraq Livana gətirilib. Bu haqda Fransa prezidenti Nicola Sarkozy məlumat verib.

Həmin jurnalistlər – Edit Buve və Wiliam Daniel Homsun ən çox atəşə tutulan Baba-Amr rayonunda işləyirdilər. Onlardan biri Edit Buve keçən həftə yaralanmışdı. Həmin vaxt amerikalı jurnalist Meri Colvin və fransalı fotoreportyor Remi Oshlic öldürülmüşdü.