Janaozen iğtişaşlarına görə 43 yerli sakinin işi məhkəməyə verilib

Qazaxıstanın Janaozen şəhərindəki iğtişaşlara görə 43 yerli sakinin işi məhkəməyə verilib.

Onlardan 7-si iğtişaşların təşkilində, 36-sı iğtişaşlarda iştirakda ittiham olunur.

Dekabrda Janaozendə polislə neft işçilərinin toqquşmalarında 16 adam ölüb.