Azərbaycan Ordusunun zabiti minaya düşüb

Martın 2-də Goranboy rayonunun cəbhə xəttində yerləşən Gülüstan kəndi ərazisində Azərbaycan Ordusunun leytenantı, 1988-ci il təvəllüdlü Qurban Hüseynov minaya düşüb. Nəticədə Q. Hüseynov ayağını itirib.

O, hospitala yerləşdirilib, vəziyyəti stabildir.

Azərbaycan Müdafiə Nazirliyi «APA»ya faktı təsdiqləyib.