Əfqanıstanda 6 Britaniya əsgəri itkin düşüb

Əfqanıstanın Helmand əyalətində 6 Britaniya əsgəri itkin düşüb.

Komandanlıq onları ölmüş hesab edir.

Bu barədə Böyük Britaniyanın müdafiə nazirliyi xəbər verir.

Hərbçilərin maşını yolda minaya düşüb.

2001-ci ildən bu yana Əfqanıstanda 400-ə yaxın Britaniya əsgəri ölüb.