Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri Bəyannamə qəbul ediblər

Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin üçtərəfli görüşü yekun sənədin - bəyannamənin qəbul edilməsi ilə başa çatıb.

Martın 7-də Elmar Məmmədyarov, Əhməd DavudoğluƏli Əkbər Salehi qarşılıqlı maraq kəsb məsələlər, o cümlədən münaqişələrin dinc yolla nizamlanması və bunun üçün əlverişli şəraitin yaradılması zəruriliyini müzakirə ediblər.

Sənəddə tərəflər Dağlıq Qarabağ münaqişəsinin suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyini vurğulayıblar.

Nazirlər üçtərəfli iqtisadi komitənin ticarət, sənaye və investisiya, o cümlədən, enerji, turizm və mədəniyyət alt komitələrinin toplantılarının keçirilməsini razılaşdırıblar.

Hər üç nazir Bakı-Tbilisi-Qars dəmiryolunu Naxçıvan-Culfa-Təbriz dəmiryoluna birləşdirmə imkanlarının mövcud olduğunu bildiriblər.

Görüşdə viza rejiminin sadələşdirilməsi də müzakirə olunub.

Elmar Məmmədyarovun açıqlamasına görə, onların növbəti görüşü bu ilin sentyabrında Türkiyənin Van şəhərində keçiriləcək.