İsrail səfirliyinin maşınını partlatmaqda şübhəli bilinən jurnalist həbs edilib

Hindistanın paytaxtı Dehlidə İsrail səfirliyinin maşınını partlatmaqda şübhəli bilinən jurnalist həbs edilib.

Fevralın 13-də motosiklla ötən naməlum adam səfirliyin maşınına partlayıcı yapışdırıb və az sonra partlayış baş verib.

Nəticədə İsrail diplomatının həyat yoldaşı da daxil olmaqla 4 nəfər xəsarət alıb.

Elə həmin gün Gürcüstanda da İsrail səfirliyinin maşını partladılıb.

İsrail hesab edir ki, bu hücumların arxasında İran durur.

İran itihamı rədd edir.