Proxrova Rusiya hökumətində vəzifə verilə bilər

Rusiyada prezident seçkisinin qalibi elan edilmiş Vladimir Putin seçkidə onun rəqibi olmuş iş adamı Mixail Proxrovun yeni kabinetdə vəzifə almasının mümkünlüyünü istisna etməyib.

O bunu Çərşənbə günü jurnalistlərə açıqlamasında deyib.

O hələlik Proxrova rəsmi müraciət edilmədiyini və bütün kadr dəyişikliklərinin prezident Medvedevlə müzakirə ediləcəyini bildirib.

Dimtri Medvedevin yenidən baş nazir olacağı gözlənilir.