Türkiyə Suriyaya hərbi müdaxilənin əleyhinədir

Türkiyə Suriya münaqişəsinin həllində xaricdən hərbi müdaxilənin əleyhinədir.

Bunu cümə axşamı Türkiyə prezidenti Abdulla Gül bəyan edib.

Gül dünya ölkələrini münaqişəni diplomatik yolla həll etməyə çağırıb.

O həmçinin Suriya prezidenti Bashar Assada xəbərdarlıq edib ki, heç bir ölkə öz xalqına qarşı küc tətbiq etməməli, zor işlətməməlidir.

Ötən il martın ortalarından bu yana Suriyada Bashar Assadın istefası tələbilə kütlkəvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 7500-dən çox adamın öldürüldüyünü deyir.