ABŞ-da işsizlik 8.3 faiz olaraq qalır

ABŞ-da işsizlik səviyyəsi fevralda da 8.3 faiz olaraq qalıb. Bu da son üç ildə ən aşağı səviyyə hesab edilir. Son beş ayda işsizliyin səviyyəsi düşür.

Təhlilçilər bunun yenidən prezident seçilməyə çalışan Barack Obama üçün olduqca yaxşı xəbər olduğunu deyirlər. Amma müxalifətdə olan respublikaçılar bildirirlər ki, Obama ölkənin 1929-cu ilin Böyük Depressiyasından bu yana üzləşdiyi ən böyük böhrandan çıxarılmasında uğurlu olmadığını deyirlər.