Moskvada müxalifətin mitinqi başa çatıb, saxlananlar var

Şənbə günü moskvada “Ədalətli seçki” tələbilə keçirilən mitinq başa çatıb.

Müxtəlif məlumatlara görə Yeni Arbat meydanında keçirilmiş mitinqdə 10-30 min arası adam iştirak edib.

Martın 4-də keçirilmiş prezident seçkisinin saxtalaşdırıldığını deyən müxalifət ölkədə yeni prezident və parlament seçkiləri keçirilməsini tələb edib.

Müxalifət liderlərindən biri Vladimir Rıjkov çıxışında müxalifətin dəqiq proqramı olduğunu deyib.

Aksiyaçılar həmçinin siyasi məhbusların azad edilməsi və ölkədə siyasi motivli təqiblərə son qoyulmasını tələb ediblər.

Müxalifət liderlərindən biri, “Sol cəbhə” hərəkatının lİderi Sergey Udaltsov və bir neçə müxalifət fəalının saxlandığı xəbər verilir.

Həmçinin ölkənin digər regionlarında eyni tələblə mitinqlər keçirilir.