Kürün səviyyəsi qalxmaqda davam edir

Kür çayı

Salyan və Neftçala rayonları ərazisində Kürün səviyyəsi qalxmaqda davam edir.

APA-nın Neftçala İxtisaslaşdırılmış Mənsəb Hidrometeorologiya Müəssisəsinin baş hidrometeoroloqu Rüfət Əliyevə istinadla cerdiyi məlumata görə,son 10 gündə çayın səviyyəsi Salyanda 30, Neftçalada isə 6 santimetr qalxıb.

Buna səbəb yağıntıların davam etməsi və qarın əriməsidir.

Kürün səviyyəsi daha 1 metr qalxsa təhlükə yarana bilər.