Pakistanda törədilmiş partlayışda 10 adam ölüb

Pakistanın şimalında, Pişəvar şəhərinin ətrafında törədilmiş partlayışda azı 10 nəfər ölüb, 30-a yaxın adam isə yaralanıb.

Partlayış dəfn mərasimində törədilib.

Yerli polisin məlumatına görə hədəf radikal islamçılara qarşı çıxan yerli siyasətçilərdən biri Khushdil Khan olub.

Amma ona bir şey olmayıb.