ABŞ Əfqanıstandakı strategiyasını dəyişməyəcək

“Amerikalı əsgərin Qəndəhar əyalətində dinc əfqanları öldürməsi ABŞ-ın Əfqanıstandakı strategiyasını dəyişməyəcək”.

Bunu ABŞ prezidenti Barac Obama Florida ştatındakı yerli telekanala müsahibəsində bildirib.

Keçən bazar günü ABŞ hərbçisi Əfqanıstanda 16 dinc sakini güllələmişdi. Onlardan 9-u uşaq olub. Həmin hərbçi həbs olunub.

ABŞ baş verən hadisəyə görə Əfqanıstandan rəsmi üzr istəyib.