Kür daşqını qurbanları aclıq edir

Kür daşqını.8may 2010

İmişli rayon sakini, keçən ilin Kür daşqınlarından evi ciddi ziyan çəkmiş Elman Şahbazov aclıq aksiyasına başladığını bildirir. Elman Şahbazov martın 13-də daha 10 nəfərin aksiyaya qoşulduğunu deyir.

Elman Şahbazov 2011-ci ildən evi təmir olunmadığı üçün icra hakimiyyəti başçısının və müavinlərinin istefasını tələb edir:

«Çünki onlar bizə ancaq quru vəd verirlər. Dünən yenə icra hakimiyyətindən gəlib növbəti vəd verib, getdilər».

İmişli rayon icra hakimiyyəti başçısının müavini Səfa Ağayev isə AzadlıqRadiosuna bildirib ki, rayonda heç kim aclıq aksiyası keçirmir:

«Heç bir aksiya yoxdur. O ki qaldı evlərin təmirinə, keçən ilin noyabrında Elman Şahbazovun evinə dövlət komissiyası baxış keçirilib. Evin təmiri ilə bağlı qərar qəbul edilib».

Səfa Ağayev təmirin nə vaxt başlayacağı haqqında isə dəqiq məlumat verə bilməyib: «Yəqin ki, ya dövlət komissiyası ya onun özünə vəsait ayıracaq, ya da tikinti briqadasına tapşırıq veriləcək».