Ombudsman həbsdəki redaktorla görüşüb

Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə görüşüblər.

Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, məhbuslar saxlanma şəraitindən narazılıq etməsələr də, aparılan istintaqdan narazılıqlarını bildiriblər.


Müvəkkil Baş prokurora müraciət edərək, baş çəkmənin nəticələri ilə bağlı məlumat verib.