Şamaxıda iki dəfə zəlzələ olub

Martın 14-də səhər saatlarında Şamaxı şəhərindən 18 km cənubda 3.4 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri 4 km dərinlikdə qeydə alınıb. Təxminən bir saatdan sonra zəlzələ təkrarlanıb. Növbəti zəlzələ Şamaxı şəhərindən 14 km cənubda 3, 4 bal gücündə olub.

Zəlzələ hiss olunmayıb. Zəlzələnin episentri 3 km dərinlikdə olub.

Bu barədə Milli Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytında məlumat yerləşdirilib.