Yaponiyada 6,8 bal gücündə zəlzələ olub

Yaponiyada 6,8 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri Hokkaydo adasındakı Kusiro liman şəhərindən 260 km cənub-şərqdə, 10 km dərinlikdə olub.

Yaponiya Meteorologiya qurumunun məlumatına görə, Aomori ve İwate bölgələrində yarım metrlik sunami riski yaranıb.

İwate bölgəsi keçən ilin martında baş verən 9 bal gücündəki zəlzələdən böyük ziyan çəkmişdi.