-
“Amnesty International” təşkilatı bildirir ki, son bir ildə səngiməyən üsyan zamanı tutulan suriyalılar “sistematik işgəncələr”ə məruz qalıblar və bu işgəncələr “insanlıq əleyhinə cinayət həddi”nə çatıb.
“Amnesty International”ın son hesabatında deyilir ki, belə işgənəcələrə rəvac vermiş Suriya rəsmiləri Beynəlxalq Cinayət Məhkəməsində mühakimə edilməlidir.
Hesabatda Suriyada istifadə olunan 31 işgəncə metodu təsvir edilir
Keçmiş suriyalı məhbuslar İordaniyada “Amnesty International”a deyiblər ki, onlar həbsxanaya gətirilən kimi möhkəm döyülüblər.
İstər yumruq-təpiklə, istərsə də, dəyənək, tüfəng qundağı, elektrik məftilləri ilə.
Bu zərbələr söyüşlərlə müşayiət edilib.
Keçmiş məhbuslar deyir ki, onları çox dar kamerada saxlayıblar, hamam, tualetə getmələri məhdudlaşdırılıb.
Onların sözlərinə görə, Suriyadakı təcridxana və həbsxanalarda məhbusların zorlanması geniş yayılıb.
İordaniyaya qaçmış keçmiş məhbuslar “Amnesty International”a danışıblar ki, dəyənəklə cinsiyyət orqanına zərbələr endirilməsi adi haldır. Keçmiş məhbuslardan biri deyib ki, onu kamera yoldaşının metal şişlə zorlanmasına baxmağa məcbur ediblər.
Hesabatda o da deyilir ki, Suriyanın təhlükəsizlik orqanları və hakimiyyətyönlü bandalar bədəndə siqaret söndürülməsi, saçın yolunması, ayağın altına zərbələr vurulması, tutulan şəxsin ölümlə qorxudulması, onların inanclarının təhqir edilməsi kimi fiziki və psixoloji işgəncə növlərindən istifadə edirlər.
HAFİZ ƏSƏDİN DÖVRÜ İLƏ OXŞARLIQ
Hesabatı hazrlayanlardan biri Neil Sammonds deyir ki, dəhşətli işgəncələrin miqyası
1980-ci illərdə indiki prezident Bəşər Əsədin atası Hafiz Əsədin hakimiyyətdə olduğu illəri xatırladır.
- Bu faktların bütün ölkə ərazisini əhatə etməsi və hər növ təhlükəsizlik qüvvələrində və orduda baş verməsi onu deməyə əsas verir ki, rejim nəinki nə baş verdiyini bilir və bunu özü idarə edir, hətta təhlükəsizlik qüvvələrini belə əməllər həvəsləndirir.
BMT-nin hesabalamasına görə, usyan başlayandan bəri 8 min insan öldürülüb, 230 min nəfər öz evlərini tərk etməyə məcbur olub.
Suriya ordusu isə üsyana qalxmış şəhərlərə hərbi zərbələr endirməyə davam edir.
Martın 14-də Deraa şəhəri atəşə tutulub. Hakmiyyətə sadiq qüvvələr ölkənin şimalındakı İdlib şəhərinə də hücuma keçiblər.
Müxalifət bildirir ki, hökumət qüvvələri İdlibdə onlarla insan öldürüb. Silahlı üsyançıların yaydığı məlumata görə isə, onlar pusqu quraraq 22 əsgəri məhv ediblər.
Suriyaya xarici jurnalistlərin daxil olması çox çətin olduğundan məlumatı müstəqil mənbələrdən təsdiqlətmək mümkün deyil.
Bu arada BMT və Ərəb Liqasının elçisi Kofi Annan bildirib ki, zorakılığa son qoyulması üçün Suriya hökumətinə verdiyi konkret təkliflərə gələn cavabı nəzərdən keçirir.