Qubaya icra başçısı təyin edilib

Foto arxiv

Prezident İlham Əliyev martın 15-də Mübariz Ağayevin Quba rayon icra hakimiyyətinin başçısı təyin edilməsi barədə sərəncam imzalayıb.

M.Ağayev uzun müddət ictimai-iaşə sistemində və özəl sektorda çalışıb.

2006-2007-ci illərdə Göyçay rayon icra hakimiyyətinin başçısı olub.

2007-ci ildə isə Mingəçevir şəhər icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.