Yunanıstana 28 milyard avro ayrılır

Beynəlxalq Valyuta Fondunun direktorlar şurası cümə axşamı Yunanıstana ikinci yardım paketi çərçivəsində 28 milyard avro ayrılmasını təsdiqləyib.

Bu vəsaitin böyük hissəsini Avropa Birliyi ayıracaq.

İkinci yardım paketi çərçivəsində Yunanıstana ümumilikdə 130 milyard avro verilməsi nəzərdə tutulur.