Çexiyada etiraz aksiyaları keçirilib

Çexiyanın bir neçə şəhərində minlərlə adam hökumət əleyhinə nümayişlərdə iştirak edib.

Polisin verdiyi məlumata görə, dünən Brno şəhərinin mərkəzi meydanında 4 min, Praqanın mərkəzində isə 2 min adam nümayiş keçirib.

Nümayişçilərin çoxu paltarına “Mən hökumət və prezidentə görə utanıram, onların istefasını tələb edirəm” yazılmış nişanlar vurulub.

Aksiya iştirakçıları hökumətdən islahatlar aparmağı da tələb ediblər.