Bakıya qar yağıb

Bakı, 17 mart 2012

Martın 17-si gecə saatlarından başlayaraq Bakıda və Azərbaycan digər bölgələrində qar və sulu qar yağır.

Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gün ərzində qeyri-sabit hava şəraiti davam edəcək.

Yağıntı axşama doğru tədricən kəsiləcəyi bildirilir. Gecə 0 dərəcəyə yaxın, gündüz 1-4 dərəcə isti olacağı gözlənilir.

Yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta olacaq.

Ən çox qarın Lerik rayonuna düşdüyü bildirilir. Rayon mərkəzində qarın qalınlığı 40-45, ucqar yaşayış məntəqələrində isə 80 sm-ə yaxındır.