Şərqi Timorda prezident seçkisidir

Şərqi Timor Demokratik Respublikasında prezident seçkisi keçirilir.

Bu, Şərqi Timorun 2002-ci il müstəqillik əldə etməsindən sonra 2-ci prezident seçkisidir.

Prezident postu uğrunda hazırkı prezident, Nobel mükafatı laureatı Xose Ramos Orta və daha 11 nəfər mübarizə aparır.

Cənub-Şərqi Asiyanın ən kasıb ölkəsi olan Şərqi Timorda hələ də BMT sülhməramlı qüvvələri yerləşir.

2002-ci ilə qədər bu ölkə İndoneziyanın əyaləti olub.