Almaniyada prezident seçkisi keçirilir

Joachim Gauck

Bazar günü Almaniyada prezident seçkisi keçirilir.

Keçmiş Almaniya Demokratik Respublikasından olan 72 yaşlı keşiş və hüquq müdafiəçisi
Yoaxim Qauk ( Joachim Gauck ) prezidentliyə əsas namizəd hesab olunur.

Onun namizədliyini Bundestaqdakı 6 partiyadan 5-i irəli sürüb.

Bundan əvvəlki prezident Christian Wolff korrupsiya qalmaqalına görə istefa verməli olub.

Fevralın 17-də Prezident sarayında 5 dəqiqəlik kamera qarşısına keçən Almaniya prezidenti Christian Wulff həyat yoldaşı Bettinanın yanında istefasını verdiyini açıqlamışdı. O bildirmişdi ki, son günlər artıq prezident kimi insanların etibarını itirib. Bu üzdən artıq Almaniyanı evdə və xaricdə prezident kimi təmsil etməsi mümkün deyil.

Almaniyada prezidentlik vəzifəsi simvolik xarakter daşıyır.