Yunanıstanın hakim partiyası yeni sədr seçir

Yunanıstanda hakim solmərkəzçi PASOK partiyasına sədr seçilir.

Bülletenlərdə yalnız bir namizəd-hazırkı maliyyə naziri Evangelos Venizelosun adı var.

Partiyanın əvvəlki sədri Georqios Papandreu ötən ilin noyabrında baş nazirlikdən, bu ilin yanvarında isə partiya sədrliyindən istefa verib.

Sədr seçilmək üçün Venizelosa cəmi 80 min səs lazımdır.

Partiyanın 400 min üzvü var.