Rusiya buğda limitini götürdü

Arxiv foto

Rusiya bu il buğda ixracatına limit qoymayacaq.

Bu barədə kənd təsərrüfatı naziri Yelena Skrynnik martın 19-da jurnalistlərə deyib.

Rusiya ötən iki il quraqlıq olması səbəbindən taxıl ixracatına məhdudiyyətlər qoymuşdu.

Bu limit dünyada taxılın qiymətinə təsir göstərmişdi.

Rusiya dünyada üçüncü böyük taxıl ixracatçısıdır.