Dünyanın ən böyük alüminium istehsalçısının mənfəəti 92 faiz azalıb

Dünyanın ən böyük alüminium istehsalçısı olan Rusal şirkətinin 2011-ci ildəki mənfəəti 92 faiz azalıb.

Rusiya şirkəti olan Rusal keçən həftənin cümə günü öz direktorlar şurasının sədrini dəyişdiyini elan etdi. Bu vəzifəyə Honq Konq birjasının sədri Barry Cheung gətirilir.