Ukrayna elitası Timoşenkonun əfv olunmasını xahiş edib

Ukraynanın tanınmiş ictimai və siyasi xadimləri prezident Viktor Yanukoviçdən keçmiş baş nazir Yuliya Timoşenkonun əfv edilməsini xahiş ediblər.

Çərşənbə günü yayılmış bəyanatda Timoşenkonun həbsinin siyasi motivli olduğu bildirilir.

Timoşenko hakimiyyətdə olduğu dövrdə Rusiya ilə qaz müqaviləsi imzalanarkən səlahiyyətlərini aşmaqda ittiham olunur.

O 7 il azadlıqdan məhrum edilib.

Prezident Yanukoviç bundan əvvəl bəyan edib ki, Timoşenkonu o vaxt əfv edə bilər ki, belə bir xahişlə onun özü müraciət etsin.

Amma Timoşenko əfv olunmasını xahiş etmək fikrində deyil.