Hamada döyüşlər gedir

Bu gün Suriyada hökumət qoşunları Hamadakı silahlı müxalifləri atəşə tutub. Siyasi fəalların məlumatına görə, şəhər 70 tank yeridilib.

Hamadakı toqquşmalarda ölənlərin sayı məlum deyil. Dünənki atışmalarda 17 dinc sakinin öldürüldüyü bildirilir.

BMT-nin baş katibi Ban ki-moon döyüş bölgəsindəki əhaliyə yardım üçün təcili humanitar dəhlizin açılmasına çağırıb.