Türkiyədə 7 kürd yaraqlısı öldürülüb

Türkiyənin cənub-şərqində Türkiyə ordusu ilə toqquşmada 7 kürd yaraqlısı öldürülüb.

Türkiyə hərbçiləri çərşənbə günündən Şırnak əyalətində kürd separatçılarına qarşı xüsusi əməliyyat aparırlar.

Dünən getmiş döyüşdə təhlükəsizlik xidmətinin 5, bu gün isə 1 əməkdaşı ölüb.

Bundan başqa 6 polis yaralanıb.

Türkiyə polisi Novruz bayramı günlərində kürdlər yaşayan rayonlarda kütləvi çıxışları dağıtdıqdan sonra bölgədə gərginlik daha da artıb.

Kürd separatçıları bayran mərasimləri zamanı siyasi çıxışlar edirmişlər.