Whitney Houstonun ölüm səbəbi açıqlandı

Whitney Houstonun dəfn mərasimi zamanı

Məşhur amerikalı müğənni Whitney Houstonun ölüm səbəbləri açıqlanıb.

Ekspertizanın rəyinə görə, onun ciyərlərinə su yığılıbmış, ürək çatışmazlığından əziyyət çəkirmiş, qanında isə kokain və başqa narkotik maddələr aşkarlanıb.

Ekspertiza müğənninin narkotik maddələrdən asılı olduğunu da bildirib.

48 yaşlı Whitney Houstonun meyiti fevralın 11-də Los Angelesdə oteldə tapılmışdı.