Hugo Chavez müalicə üçün yenidən Kubaya gedir

Hugo Chavez


Venesuela prezidenti Hugo Chavez bazar günü xərçəngdən müalicə üçün yenidən Kubaya gedir. Prezident bildirir ki, özünü çox yaxşı hiss edir və bir neçə günə ölkəsinə qayıdacaq.

57 yaşlı sosialist prezident son bir ildə üç dəfə Kubada xərçəngdən əməliyyat olunub.