Azərbaycan yeni neft-kimya kompleksi tikməyi planlaşdırır

Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR-ın emblemi.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 550 000 ton polipropilen istehsal etmək gücü olan neft-kimya kompleksi tikməyi planlaşdırır. Hindistanın fibre2fashion.com saytı bu barədə şirkətin vitse-prezidenti Tofiq Qəhrəmanova istinadla xəbər verir.

Sayt yazır ki, kompleksin ümumilikdə 13 milyard avroya başa gələcəyi gözlənir. Bunun 30 faizini hökumət və Dövlət Neft Şirkəti, qalanını isə özəl şirkətlər ödəyəcək.

Kompleksin 2020-ci ildə işə düşməsi gözlənir. Tofiq Qəhrəmanov hesab edir ki, qoyulan investisiyanı 6-7 ilə geri qaytarmaq mümkün olacaq. Onun sözlərinə görə artıq Yaponiya, İtaliya və ABŞ şirkətləri kompleksə investisiya qoymaqda maraqlı olduqlarını bildiriblər.

Polipropilen avtomobil sənayesindən başlamış, tesktil, yeyinti məhsullarının qablaşdırılmasına qədər geniş sahələrdə istifadə olunan plastikdir.